jcm-logo

“Müsəlmanlar üçün İsa Məsih” Bir İncil məktəbini Bankokda açdı

Müsəlmanların İslamdan imtina etməsi və xritianlığa keçməsi hec vaxt asan deyil. Təhlükələrdən qorxmaqla yanaşı sosyal və hüquqi qüvvələr də böyük çətinliklər törədir. İslam Dövlətlərində səlahiyyətli şəxslər, ailə və cəmiyyət mənsubları İsa Məsihi xilaskar olaraq qəbul edən müsəlmanları təqibə məruz qoymaqda və onları öldürməkdədirlər. Məsihi Rəbbləri olaraq qəbul edən müsəlmanların əksəriyyəti yaşadıqları İslam ölkələrində dini inanclarını gizlin şəkildə davam etdirməyə məcburdular. Maliyyə cəhətdən yetərli vəsaitləri olanlar xilas ola bilmək üçün başqa toplumlara üz tuturlar. Şəriət qanunlarına əsasən, onların dini inanclarını dəyişməsi ortaya çıxacağı təqdirdə öldürülmələrinə yol açacaq.

Belə bir çox keçmiş müsəlmanlar Taylandda sürgündə yaşayırlar. “Müsəlmanlar üçün İsa Məsih” təşkilatımız Məsihə olan sevgilərindən dolayı bu məqsəd uğrunda həyatlarını ortaya qoyan keçmiş müsəlman xristinalarına kömək etmək niyyəti ilə Taylandın paytaxtı Bankokda Bir İncil məktəbi açdılar. Kilsəyə qatılmaq yetərli deyil, Tanrının kəlamını daha dolğun və dərindən bilməkləri gərəklidi. Buna görədə rahib olan yüksəkixtisaslı tədris müdirimiz Məsih haqqında daha çox məlumat öyrənmək və İncili başqalarıyla bölüşə bilməkləri ümidi ilə informasiya sahibi olamaq istəyən bu xristianlar üçün kurslar hazırladı.

MİM İncil məktəbi yalnız dini inancları dəyiştirməyə xidmət göstərmir. Həmçinin Məsihə tərəf yönələn müsəlmanlara MİM İncil məktəbi yardım göstərməkdədir. Tədris proqramının bir parçası olaraq İncili öz ana dillərində izahlı olaraq onalara aşılayan xristian kitabları, DVD və CD ilə təmin olunurlar.

MİM İncil məktəbini davam etdirə bilməyimiz üçün sizn lütfkar və səxavətli hədiyyələrinizə ehtiyacımız var. Xahiş edirik, bizim veb saytımızdakı PayPal linkindən bizə yardım göndərin, və yaxud hər hansı digər əməliyyat formasını istifadə etmək istəyirsinizsə, bizə müraciət etməkdən çəkinməyin.

Sizin köməyiniz Müsəlman dünyasında ümidsiz qalan, əlacsız bu insanlara yardım göndərməyimizə imkan yaradacaqdır. Təşəkkürlər. Tanrı hamınız qorusun.