jcm-logo

Bizim komanda

graham

Graham Ford MA

Qurucu və Prezident

David-Rothfuss-jcm

David Rothfuss

Direktor

Usman-Iqbal-jcm

Usman Iqbal

Regional Head

Pakistan

Missiyamız

“Müsəlmanlar üçün İsa Məsih” heç bir kommersiya güdməyən, məqsədi şahidlik, sagirdlik, kilsə tikilməsi və MİM mərkəzi vasitəsilə Müsəlmanları Məsihin Krallığına dəvət etmək olan təşkilatdır. Yer üzündə yalnız İsa Məsihi tapmış, əsl qurtuluşdan xəbərsiz olan 1.6 milyard insan var. Dil, qanunlar, qorxular, yalnış məlumatlandırılmalar və s. 1.6 milyard insanın Məsihi Xilaskar olaraq mənimsəmədiklərinin bir neçə səbəbidir.

“Müsəlmanlar üçün İsa Məsih” İslam dünyasına Məsihin mesajını yaymaq və Qiyamət Gününün reallığını xəbərdarlıq etməyi arzu edir. Ümidimiz hər dildən, hər irqdən və hər kökdən Müsəlmanlara çatmaqdır. Biz Xristianlar olaraq bilgisiz hər Müsəlman gerçək qurtuluş qaynağının Tanrının Oğlu-İsa Məsihdən qaynaqlandığının fərqinə varana qədər qane olmayacağıq.

Komandamız bir neçə ekspert və yüksək təhsilli şəxslərdən ibarətdir, Xristianlığa Pastorluğa, missionerliyə keçmiş Müsəlmanlar və müxtəlif üsullarla bizə kömək edən başqa insanlar “Müsəlmanlar üçün İsa Məsih”-i idarə edir. Bir komanda kimi bizim işimiz Müsəlmanlara Məsihin bol sevgisini və bağışlanmanın həmişə Onunla mövcud olduğunu aşkara çıxarmaqdır. Missiyamız üçün motivasiyamız İsa Məsihin aşağıdakı İncil kitabındakı sözlərinə dayanır:

Matta 28:18-20: İsa yaxınlaşdı və onlara dedi ki, “cənnətdə və yer üzündəki bütün hakimiyyət mənə verilib. Belədirsə, onda hər yerə bütün insanların yanına gedin və onları tələbəm kimi yetişdirin: Ata, Oğul və Müqəddəs Ruh adına onları xristian edin və onlara əmr etdiyim hər şeyə itaət etmələrini öyrədin. Və mən həmişə, son yaşınıza qədər sizinlə olacağam.”

Bizim təşkilat hədəflərimiz:

Müsəlman dünyasına İsa Məsihin kim olduğunu, Tanrının Oğlu olduğu haqda bilgi vermək.

İsa ilə əlaqə qurmaq istəyən Müsəlmanları öyrətmək.

Xristianları uyğun bir şəkildə bilgiləndirin. Beləcə , onlar Müsəlmanlara qarşı effektiv bir şahid olmaları üçün yetişdirlirlər.

MİM mərkəzi vasitəsilə missionerləri Müsəlman dünyasına göndərin.

Məsihin mesajını Müsəlman dünyasına göndərmək üçün hər hansı bir şəkildə kilsələr, media və qeyri hökumət təşkilatları ilə ortaq olun.