Pakistanlı Xristian Qaçqınlar TailanddaXoş gəlmisiniz

Bangkokda daha çox həbs; Taylanddakı Pakistanlı Xristian məcburi köçkünlərin sonsuz əzabları

Pakistanlı xristianların Taylandda qarşılaşdıqları əzabların sonu yoxmuş kimi görünür. Onlar Məsihə olan sevgilərinə görə gözdən düşdükləri üçün Pakistandan qaçıb xilas oldular. Onlar Taylanda qorunmaq və dinlənilmək ümidləri ilə gəldilər. Bunun əvəzinə onlar daimi olaraq həbs olunma və onların işgəncələrə və qeyri-insani davranışlara məruz qalacaqları Pakistana sürgün edilmə ilə təhdid edilirlər.

Son zamanlar media onların səsini yüksəltdi. Müxtəlif platformalarda onlara daha mülayim davranmaq üçün bir neçə fərdi ərizələr də yerləşdirilib. Taylandda son 2 ildə 15-dən çox Xristian ərzaq, tibbi yardım qıtlığına görə və onların bəziləri kəskin şəraitə görə zəncirlənmiş itlərin saxlanıldığı yer kimi immiqrasiya saxlama mərkəzində acınacaqlı vəziyyətdə ölüblər. Hələ də bu vəziyyətdə heç bir dəyişiklik yoxdur. Məqalələr Xristian dünyasının Suriyalılar, Rohingyalılar, İraqlılar və s. üçün göstərdiyi qayğıdan danışır, amma Taylandın bir küncündə qapalı olan Pakistanlı xristianlar haqqında bütün gözlər kor olur.

Bu gözdən düşmüş Xristianlar Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən verilmiş etibarlı köçkünlük şəxsiyyət vəsiqəsinə malik olmalarına baxmayaraq, Tailand rəsmiləri onlara qarşı heç bir mərhəmət göstərmir və qərbli qüvvələr üçün onların bəraətlərini dinləmək sədəcə vaxt itkisidir. Son zamanlar Tayland immiqrasiya ilə bağlı bir başqa həbs dalğası yaşandı. Bu mühüm dövrdə müvafiq tibbi yardıma ehtiyacı olan yeni məhbusların arasında iflicli bir adam və hamilə qadın var amma indi onlar onların səhhətlərinin pisləşəcəyi dopdolu saxlama mərkəzlərinə qoyulacaqlar.

Biz Bangkokda Pakistanlı Xristian ailələrinin öz sevdiklərini itirdiklərini görmüşük. Amma orada daha məhvolma olmayacaq, daha uşaqlar yetim qalmayacaqlar və daha aclıqdan ölən insanlar olmayacaq. Gəlin Xristian bacı və qardaşlarımız üçün dua edək və səylərini artırmaq üçün hərəkətlərimiz vasitəsilə edə biləcəyimiz hər şeyi edək, onlara BMT QAK-dan, Tayland hakimiyyətindən və qərb dünyasından ləyaqətli davranışların əldə edilməsini təmin edək. Qiyamət günündə Məsihin bədəninin bir hissəsi olan insanlara yardım etmədiyimizə görə Rəbbimiz qarşısında xəcalətli olmayaq. Amin.

Matta 25 : 42 – 43; “Mən ac idim və siz mənə yeməyə heçnə vermədiniz. Mən susuz idim və siz mənə içməyə heçnə vermədiniz. Mən bir qərib idim və siz məni qəbul etmədiniz. Mən çılpaq idim və siz məni geyindirmədiniz. Mən xəstə və həbsdə idim və siz məni ziyarət etmədiniz”.


ShareShare on FacebookTweet about this on TwitterShare on Google+Email this to someone
Previous post

İlahi valideynlərin övladına nə deməsi gərəklidi?

Next post

İsanı qəbul et - Müsəlmanlara dəvət

No Comment

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload CAPTCHA.