jcm-logo

Məsihin xarakterini əməllərimizdə əks etdirmə

Məsihin xarakterini əməllərimizdə əks etdirmə

Salam, müsəlmanlar üçün İsa Məsihə təkrarən xoşgəldiniz. Mənim adım Mayk Santiaqo və önümüzdəki bir neçə dəqiqədə sizinlə olmaq mənim üçün böyük şərəfdir. Mən xristian xüsusiyyətlərini sizinlə ona görə bölüşmürəmki siz onu kənardan izləyəsiniz, əksinə bu cür yaşayasınız. Yeri gəlmişkən, Müqəddəs Kitab Məsihin sizin içinizdə yaşadığını isbat etməyinizi söyləyir. Və bir xristian üçün, Tanrını həqiqətən uzun zamandır tanıyan bir inanclı və ya yeni bir mömin olmasının çox önəmli olduğuna inanıram. Elə davranın və hərəkət edin ki, açıqca həyatınızın İsa ilə dolu olduğu görünsün.

Məncə bunu etməyin yollarından biri, qrup şəkilindəki insanların birgə gülümsəməsi və ya gülməsi, ilk yardımları edilməsi, nəyinsə verilməsində ilk təmin edən tərəf olması, bir evin daxilinə kədərə yer vermədən sevincin gətirilməsi möhtəşəm bir mənzərə və həmçinin möhtə. əm bir davranışdır. Dünyanın hər hansı bir yerinə getdiyimizdə xristian olduğumuzu tək sözlərimizlə deyil, əməllərimizlədə əksetdirməyimizin gərəkli olduğuna inanıram. Birisnin bizim haqqımızda ilk təəssüratı eşitmə vasitəsiylə deyil, bizi izləmə yolu ilə reallaşa bilər. 3 övlad atası olaraq mənim etdiklərimin onların izlədiyini və zamanla bunların onlar tərəfindən eynisinin ediliyini görə bilirəm. Əgər mən buna nail ola bilirəmsə, sizdə bunu edə bilərsiniz. Və bu yolda tapdığım ən böyük uğur İsanı tanımayanlara onun üçün şahidlik etməyin möhtəşəm bir hiss olduğdur. Sadəcə önəmli olan bir xristian olmağın əməllərimizdə və həyat tərzimizdə yer almasıdır. Bir gün sonra qapı sizə Rəbb haqqında danışmaq və İsa Məsihin gələcək sevinci haqqında onlara xəbər verə bilmək üçün aça bilər.

Bu gün bu səbəbdən dolayı üzünüzə, cildinizə və əməllərinizə Məsihin xarakterinin əks etdirməsinə izn verməniz üçün sizləri təşviq etmək istəyirəm, çünki dünyanın sevinc və sevgi dolu, şən xristianları görməsi gərəklidir. Bu videonu izlədiyiniz üçün təşəkkür edirəm, dua edirəmki Tanrı sizləri qorusun.

Rahib Mayk Santiaqo

Focus Kilsəsi, Şimali Karolina, ABŞ