jcm-logo

Müqəddəs Ruha Dua

Gəl ey Müqəddəs Ruh, ürəyimi müqəddəs hədiyyələrinlə doldur. İcazə ver hər gün Sənin gücün mənim zəifliyimə, nəyisə düzgün və ədalətli edə bilməyim üçün, mənə ərz olunan bütün vəzifələri vicdanla yerinə yetirməyim üçün nüfuz etsin.

İcazə ver elə mərhəmətli olum ki, heç kimin qəlbini sındırmayım və heç kimin hisslərini zədələməyim, mənə qarşı edilən hər hansı yalnışı səmimi bağışlaya bilməyim üçün comərd olum. Ey Müqəddəs Ruh, həyatımın bütün sınaqlarında mənə yardım et, cahilliyimdə məni elmləndir, tərəddüt etdiyim zaman mənə məsləhət ver, zəiflədiyimdə məni gücləndir, bütün lazımlı vaxtlarımda mənə kömək et, tamahkarlıqdan məni qoru və pərişan olanda təsəlli ver.

Ey Müqəddəs Ruh, Mərhəmətlə məni eşit və Öz nurunla qəlbimi, ruhumu və ağlımı aydınlat. Müqəddəs bir həyat yaşamağa, yaxşılıq və mərhəmətlə yetişməyimə yardım et. Amin.