David RotfussVideolarXoş gəlmisiniz

Onun vədlərinə şübhə etmək düzgündürmü?

Rəbbin adı ilə salam. Həyatımızda Tanrı inancının zəiflədiyi zamanlar olur. Bu elə görünür, Tanrı deyə bir məfhum yoxdur və əgər varsa problemlərimizi həll etməkdə acizdir. Tanrıdan başqa insanlara, elmə inanmağa başlayarıq, saxta peyğəmbərlərin öyrətdiklərinin tələsinə düşərik və Tanrını unudarıq. Ancaq bu belə olmamalıdır. Tanrı kəlamı Yaqub bölüm 1 ayət 6-da belə öyrədir.

“Amma qoy heç şübhә etmәdәn imanla dilәsin. Çünki şübhә edәn adam külәyin qaldırdığı vә hәrәkәtә gәtirdiyi dәniz dalğasına bәnzәyir.”

Bu nə cür inancdır ki, bu gün var sabah yoxdur. Bu nə cür sevgidir ki, bu gün var sabah yoxdur. Əgər birisi bu cür bizə davranarsa, qəlbimiz inciyər, eyniylədə Tanrıda həmçinin biz onu tərk etdiyimizdə bizdən inciyir. Dünyəvi şeyləri düşünərək onun varlığını rədd edirik. Bu yalnışdır, çünki hər şeyin arxasında Tanrının iradəsi var, doğru olanda məhz budur. Əgər bu gün acı çəkirsinizsə və ondan yardım istəmisinizsə, şübhəsiz qarşılaşdığınız hər problemi həll edəcəkdir. Tanrı bizi sınaqdan keçirtmək və ya bizə nəyisə öyrətmək istəyir. Biz Tanrıya şübhə etməməliyik. Onun iradəsini bilməyimiz gərəklidir. Bu gün və ya daha sonra gec olub-olmamasına baxmayaraq öz xeyrimiz üçün onun iradəsini bilməli və anlamalıyıq, Cənnətdəki atamız, Tanrımız bizi çox sevir.

O heç bir zaman bizim üçün yalnış olanı istəməz, hər zaman yaxşılığımızı diləyər, amma heç şübhəsiz ki, bunun doğru bir zamanda olmasını istəyər. İmanınızı azaltmayın, əksinə  Müqəddəs Kitabın söylədiyi kimi inancınızı qüvvətləndirin. Tanrı sizinlədir və hər zamanda sizinlə olacaq. Amin.


ShareShare on FacebookTweet about this on TwitterShare on Google+Email this to someone
Previous post

İsanın yolu ilə getmək asan deyil

Next post

İsanı Təqlid Edin

No Comment

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload CAPTCHA.