jcm-logo

Atanız necə mərhəmətlidirsə sizdən daima mərhəmətli olun

Luka 6:36 – “Atanız necə mərhəmətlidirsə sizdən daima mərhəmətli olun”.

Bu gözəl ayə bizə şəfqət, rəhm və mərhəmət haqqında bir dərs verir. İsanın hamımıza əmri budur ki atanız necə mərhəmətlidirsə sizdən daima mərhəmətli olun. Var olan Tanrımız şəfqətlidir, kimliyimizdən asılı olmayaraq bizə qarşı rəhmli və mərhəmətlidir. O bizim nümunə götürməyimizi və qəlblərimizdə başqaları üçün eyni şəfqəti göstərməyimizi və beləliklə onun davrandığı kimi digərlərinədə mərhəmət etməyimizi istiyir. Uca Tanrı günahkar davranışlarımıza rəğmən bizi afv edə bilirsə, niyə insanlar bir-birini bağışlayamaz və mərhəmət göstərməz?

Bu konsepsiyanın arxasında olan İbrani ideyası, əhd edilmiş sevgi və ya sədaqətdir. Tanrının mərhəməti Onun əhdinin kontekstində baş verir. Çünki biz Məsihin vasitəsiylə edilən yeni bir andlaşmaya əsasən yaşayırıq, Tanrının bütün mərhəmətinin və bağışlamasının bizim üçün olan qarşılığı İsanın yolunu izləyərək təslim olmağımız və ona tamamilə hər şeydən öncə ona olan sadiqliyimizdir.

Tanrının bizim üçün mərhəməti o qədər böyükdür ki,Tanrı bir insan olaraq dünyaya gəlməyi qərara aldı və insan cismində görünərək xaçın üzərində ölməyi belə gözə aldı. Buna görə də, Tanrı Məsihi – Tanrının insanlıq formasında – Rəbbimizin xeyirxahlığına və hamımızın şəfqətinə şahid olaraq yüksək dərəcədə ucaltdı.

Beləliklə, biz göydən olan Atamız kimi mərhəmətli olduğumuzda, biz Onun övladları kimi tanına bilərik. Bu, əlbəttə ki, həyat yoldaşımız, kiçiklərimiz və ağsaqqallar kimi ailələrimizə qədər gedib çıxır.

Əgər belə olmaq istəmirsənsə, tövbə etmək üçün Məsihə müraciət edin və ürəklərimizin dəyişdirilməyini diləyin.

Hər kəsə, özümüzü təvazökar, nəzakətli, bağışlayan və faydalı olan birisi kimi göstərək. Əgər Tanrı tərəfindən sizə ruzi verilibsə daha sonra onun bu nemətlərini başqalarıylada paylaşın, beləliklə bunun vasitəsyilə daha çox insan onu bir həqiqi və yaşayan Tanrı olaraq ucaldacaq. Amin